Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2025-ci ilin yanvar-sentyabr aylarında İKZF-nin vəsaiti hesabına 354 milyon manat məbləğində ipoteka krediti verilib - BBN

2025-ci ilin yanvar-sentyabr aylarında İKZF-nin vəsaiti hesabına 354 milyon manat məbləğində ipoteka krediti verilib

İpoteka və Kredit Zəmanət Fondu Nizamnaməsinə uyğun olaraq 2025-ci ilin yanvar-sentyabr aylarında əhalinin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fəaliyyətini uğurla davam etdirib. Hesabat dövründə Fondun vəsaiti hesabına 354 milyon manat məbləğində ipoteka krediti verilib ki, bunun da 69 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

İlin əvvəlindən adi ipoteka kreditləri hesabına 2565, güzəştli ipoteka kreditləri hesabına isə 816 vətəndaşın və ya ailənin mənzil şəraiti yaxşılaşıb. 2025-ci ildə verilmiş ipoteka kreditlərinin orta məbləği 104800 manat təşkil edib.

Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 oktyabr 2025-ci il tarixinə Fond tərəfindən 132 milyon manat məbləğində 1423 ipoteka krediti üzrə zəmanət verilib.

Ümumilikdə indiyə qədər Fondun vəsaiti hesabına 3 milyard 680 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 56 minə yaxın ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.

Related posts

“Minimum əmək haqqının avtomatik indeksasiyası sosial sabitliyin əsas təminatıdır” -EKSPERT DANIŞDI

İrandan idxal edilən məhsulların bahalaşmaması üçün nə etmək lazımdır? – Açıqlama

İran–ABŞ müharibəsi qlobal indeksləri silkələdi: Asiya və ABŞ fyuçersləri enişdə, neft bahalaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı