Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB sədri "BlackRock" şirkətinin rəhbər şəxsləri ilə görüşüb - BBN

AMB sədri “BlackRock” şirkətinin rəhbər şəxsləri ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazimovun rəhbərlik etdiyi nümayəndə heyəti Vaşinqton şəhərində işgüzar səfər çərçivəsində “BlackRock” şirkətinin baş idarəçi direktoru və qlobal tərəfdaşlar ofisinin həmsədri Coud Abdel Macid ilə görüşüb.

Görüş zamanı qlobal maliyyə sisteminin son tendensiyaları, Azərbaycanda maliyyə bazarlarında həyata keçirilən islahatlar, sektorun inkişaf dinamikası, eləcə də investisiya alətlərinin və ehtiyatların idarə olunmasının diversifikasiyası kimi mühüm məsələlər müzakirə olunub.

Görüşdə həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi perspektivləri ətrafında müzakirələr aparılıb.

Related posts

Stablecoin-lər beynəlxalq pul köçürmələrini həqiqətən ucuzlaşdırırmı?

Böyük Britaniyada fintech investisiyaları 10 ilin minimumuna düşüb, AI isə payını artırır

“S&P”: TRIPP regionda əlaqələri gücləndirəcək, ticarət və investisiyaları dəstəkləyəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı