2026-cı il üzrə də Azərbaycanda iqtisadi artım 2,4% təşkil edəcək

Dünya Bankı (DB) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

BBN.az xəbər verir ki, bu barədə Dünya Bankının qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib.

DB Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,3 %, 2025-ci ildə 2,4% artacağını proqnozlaşdırıb. Bu isə Bankın bu ilin yanvar proqnozu ilə müqayisədə 0,1% bəndi azdır. Dünya Bankı, həmçinin, 2026-cı il üzrə də Azərbaycanda iqtisadi artımın 2,4% təşkil edəcəyini açıqlayıb.

Dünya Bankı ümumilikdə Cənubi Qafqaz ölkələrində iqtisadi artımın 2024-26-cı illərdə təxminən 3,5 faiz səviyyəsində sabitləşəcəyini proqnozlaşdırır.

Related posts

Nazirlər Kabineti maliyyə bazarları ilə bağlı qərar verib

Bank Respublika “İlin Bankı” adına layiq görüldü

Kapital Bank tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı