Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2026-cı ildə büdcə gəlirlərinin 62%-ə yaxını vergi və gömrükdən olacaq - BBN

2026-cı ildə büdcə gəlirlərinin 62%-ə yaxını vergi və gömrükdən olacaq

2026-cı ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 38,423 milyon manat proqnozlaşdırılır. Maliyyə Nazirliyinin məlumatına görə, büdcə gəlirlərinin 43,8%-i (16,821 milyon manat) Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalardan formalaşacaq. Bu, cari ilin təsdiq olunmuş göstəricisindən 8,5%, 2024-cü ilin icra göstəricilərindən isə 6,4% çoxdur.

Büdcəyə daxilolmaların digər mənbələri belədir:

  • Dövlət Neft Fondundan transfert: 12,750 milyon manat (33,2%)

  • Dövlət Gömrük Komitəsi: 6,850 milyon manat (17,8%)

  • Büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları: 1,021 milyon manat (2,7%)

  • Sair gəlirlər: 981 milyon manat (2,6%)

Dövlət Vergi Xidmətindən daxilolmaların 78,6%-i qeyri-neft-qaz sektoru, 21,4%-i neft-qaz sektorunun payına düşəcək. Gömrük komitəsi üzrə daxilolmalar isə ÜDM-in 5,1%-i həcmində proqnozlaşdırılıb.

Beləliklə, büdcə gəlirlərinin ümumilikdə 61,6%-i vergi və gömrük xətti ilə təmin olunacaq. Gəlirlərin 42,6%-i neft-qaz sektorundan, 57,4%-i isə qeyri-neft-qaz sektorundan formalaşacaq.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı