Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
2026-cı ildə əhalinin gəlirləri 97 milyard manatı ötəcək - BBN

2026-cı ildə əhalinin gəlirləri 97 milyard manatı ötəcək

2026-cı ildə Azərbaycanda əhalinin gəlirlərinin 97,4 milyard manat olacağı proqnozlaşdırılır. Maliyyə Nazirliyinin məlumatına görə, gəlirlər 2027-ci ildə 105,3 milyard, 2028-ci ildə 113,4 milyard, 2029-cu ildə isə 123,2 milyard manata çatacaq.

BBN.az xəbər verir ki, əhalinin xərcləri isə növbəti illərdə belə proqnozlaşdırılır:

  • 2026: 95,5 milyard manat

  • 2027: 103,3 milyard manat

  • 2028: 111,2 milyard manat

  • 2029: 120,6 milyard manat

Qeyd edək ki, 2025-ci ilin yanvar–avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 57,94 milyard manat təşkil edib.

Related posts

“PAŞA Bank”ın Müşahidə Şurasının sədri dəyişib

Milli Məclis “Maliyyə icarəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib

ING 2026-cı il üzrə Brent nefti proqnozunu artırıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı