24-25 fevral tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 24-25 fevral tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq. Ümumilikdə 20-dən artıq rayondan 40-dan çox fermerin yarmarkada iştirakı gözlənilir. Fermerlər 90-a qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

Satışa çıxarılacaq məhsullar müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən yetişdirilir. Yarmarkanın əsas üstünlüklərindən biri də məhsulların satışının birbaşa fermerlər tərəfindən həyata keçirilməsidir. Məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Vətəndaşlar burada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasının xidmətlərindən də faydalana biləcəklər.

Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla təmin olunacaqlar. Alıcılar təbii kənd məhsullarını qeyd edilən tarixlərdə saat 9:00-dan 19:00-dək Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında baş tutacaq yarmarkadan əldə edə bilərlər.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Lənkəran “ASAN xidmət” mərkəzində “Güzəştli mənzil” pəncərəsi fəaliyyətə başladı

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı