30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi – Foto

Yelo Bank, “ASAN xidmət”in birgə təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə sosial aksiya keçirib.

Fins.az xəbər verir ki, Ramazan bayramı münasibətilə Tərtərin Talış kəndi sakinlərinə bayram sovqatları paylanılıb. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə reallaşdırılan aksiyada işğaldan sonra ilk iftar süfrəsi açılıb. Məqsəd tarixi Azərbaycan torpağı olan ərazilərdə yenidən milli-mənəvi dəyərlərimizi bərpa etmək, öz dədə-baba torpaqlarına qayıtmış vətəndaşlarımıza bayram sevincini yaşatmaqdır.

Qeyd edək ki, rəşadətli ordumuz tərəfindən Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilib. İndiyədək kəndə 90 nəfərdən çox olmaqla 20 ailə qayıdıb.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı