Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
4 və 17 dekabr tarixlərində hərrac keçiriləcək - BBN

4 və 17 dekabr tarixlərində hərrac keçiriləcək

4 və 17 dekabr tarixlərində keçiriləcək hərraclara 113 əmlak çıxarılıb, o cümlədən iştirakçılara qeyri-yaşayış sahələri, torpaq sahələri və nəqliyyat vasitələrinə sahib olmaq imkanı yaradılıb.  

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 4 dekabr tarixində keçiriləcək hərraca “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansında olan 1 bağ evi, 6 fərdi yaşayış evi, 9 torpaq sahəsi və 34 qeyri-yaşayış sahəsi çıxarılıb.
17 dekabr tarixində keçiriləcək hərraca buraxılış tarixləri 2005-2016-cı illəri əhatə edən 63 nəqliyyat vasitəsi çıxarılıb.
 Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər “www.emlak.gov.az” Xidmətin və “www.auksion.gov.az” Hərracların Təşkili Mərkəzinin rəsmi internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Related posts

Tələbələr arasında “Vergilər” mövzusunda ümumrespublika olimpiadası keçiriləcək

2025-ci ildə Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsi 10 faizdən çox artıb

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı