Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 29 milyard 142,4 milyon manat, xərcləri isə 24 milyard 668,2 milyon manat təşkil edib.
Maliyyə Nazirliyinə istinadən xəbər verilir ki, bu göstəricilər ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,1% artıb və 2% azalıb.
Büdcə gəlirləri proqnozdan 2,4% çox icra edilib.
Nəticədə, 9 ayda büdcədə 4 milyard 474,2 milyon manat profisit yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 74,6% çoxdur.