Bu ilin yanvar–sentyabr aylarında Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 4 milyard 736,1 milyon ABŞ dolları təşkil edib.
BBN.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur.
Hesabat dövründə birbaşa xarici investisiyalarda neft-qaz sektorunun xüsusi çəkisi 78,5 % olub ki, bu da bir il əvvələ nisbətən 0,8 faiz bəndi azdır.
Qiymətləndirmələrə əsasən, qeyri-neft-qaz sektoruna cəlb olunan birbaşa xarici investisiyaların ümumi həcmi 9 % artaraq 1 milyard 19,4 milyon ABŞ dollarına çatıb. Bu məbləğin 304,9 milyon ABŞ dolları ölkə iqtisadiyyatında əldə olunan gəlirlərin təkrar investisiyası hesabına formalaşıb.