Bu ilin ilk 9 ayında Azərbaycanın turizm sektoru 320 milyon ABŞ dolları həcmində xalis profisitlə yekunlaşıb.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə bildirib.
Onun sözlərinə görə, müsbət göstəricinin əsas səbəbi ölkəyə gələn xarici turistlərin sayının artmasıdır. Belə ki, hesabat dövründə Azərbaycana 1 milyon 948 min nəfər xarici turist səfər edib.