9 və 16 yanvar tarixlərində keçiriləcək hərraclara 55 nəqliyyat vasitəsi çıxarılacaq

Növbəti hərraclara 55 nəqliyyat vasitəsi çıxarılacaq. İstehsal tarixi 1982-2014-cü illər, start qiyməti 250-13.000 manat arasında dəyişən avtomobillər əsasən Yaponiya və Rusiya istehsalıdır.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 9-da keçiriləcək hərraca 45, 16 yanvar hərracına isə 10 avtomobil çıxarılacaq.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu almaq olar.

Related posts

Azərbaycan Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya üzv olub

Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumların nəzərinə!

İİTKM-nin əməkdaşları 3-cü Beynəlxalq Enerji Konfransında iştirak ediblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı