Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan nefti 3% ucuzlaşıb - BBN

Azərbaycan nefti 3% ucuzlaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

BBN.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2.4 dollar, yaxud 2.99% azalaraq 77.82 dollar olub. Dünən hərracların nəticələrinə görə Brent markalı neftin fevral fyuçersləri 73.06 dollara satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barrel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Related posts

Azərbaycan və Dünya İqtisadi Forumu arasında 2026-cı il üzrə əməkdaşlıq planı müzakirə edilib

Çin İqtisadiyyatında Gözlənilməz Geriləmə: İxracat Kəskin Azaldı, Ticarət Profisiti Zəiflədi!

Asiya Birjalarında “Texnoloji Ralli”: Süni Zəka Bumu və Atəşkəs Ümidi Bazarları Coşdurdu!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı