25 may 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası DOST Agentliyi tərəfindən həyata keçirilən Tələbələrin Akselerasiya Proqramı (TAP) çərçivəsində təşkil olunan, inklüziv məşğulluq və əməkdaşlıq imkanlarına həsr edilmiş dəyirmi masada iştirak etmişdir.
Tədbirdə dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, tərəfdaş təşkilatların və proqram iştirakçılarının iştirakı ilə əlilliyi olan gənclərin sosial-iqtisadi fəallığının artırılması, əmək bazarına inteqrasiyası və inklüziv iş mühitinin təşviqi istiqamətində müzakirələr aparılmışdır.
Müzakirələr zamanı gənclərin peşəkar inkişafı, təcrübə və məşğulluq imkanlarının genişləndirilməsi, eləcə də müxtəlif tərəflər arasında əməkdaşlıq perspektivləri diqqət mərkəzində olmuşdur.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası inklüzivliyin təşviqi, bərabər imkanların dəstəklənməsi və sosial məsuliyyət təşəbbüslərinin gücləndirilməsi istiqamətində həyata keçirilən layihə və təşəbbüslərə xüsusi önəm verir, aidiyyəti qurumlarla əməkdaşlığın inkişafını dəstəkləyir.