ABA ilə Dünya Bankı arasında görüş olub

Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Dünya Bankının nümayəndələri arasında Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində görüş keçirilmişdir.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktoru Yunus Abdulov, baş İqtisadçı Əzizağa Haxverdiyev və təşkilatın “Risklərin İdarə Edilməsi üzrə” Ekspert Qrupunun üzvləri, həmçinin, Dünya Bankının müvafiq missiyasının nümayəndələri iştirak etmişdir.

Görüş zamanı bankçılıq sektorunun post-pandemiya şəraitinin icmalı, sektorun inkişafı ilə əlaqədar çağırışlar, risklər və prioritetlər, rəqabətli mühiti və dövlət dəstək tədbirləri mövzuları ətrafında tərəflər arasında geniş müzakirələr aparılmışdır.

Xatırladaq ki, Dünya Bankı Azərbaycanda FSAP çərçivəsində yer alan İnkişaf Moduluna rəhbərlik edir və bu modul maliyyə sabitliyi də daxil olmaqla maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı