ABA ilə Dünya Bankının nümayəndələri arasında görüş keçirilib

14 noyabr 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) ilə Dünya Bankının nümayəndələri arasında  “Maliyyə xidmətləri istehlakçılarının müdafiəsi” (FSMP2) layihəsi çərçivəsində görüş keçirilmişdir.

Görüşdə ABA-nın icraçı direktoru Yunus Abdulov, Bank Ombudsmanının məsul katibi Elçin Həsənov, həmçinin, Dünya Bankının müvafiq missiyasının nümayəndələri iştirak etmişdir.

Görüş zamanı bankçılıq sektorunun post-pandemiya şəraitinin icmalı, sektorun inkişafı ilə əlaqədar çağırışlar, Azərbaycanda maliyyə-bank sektorunun cari vəziyyəti, istehlakçı hüquqlarının müdafiəsi, maliyyə savadlılığı, Bank Ombudsmanının fəaliyyəti, görülən işlər və gələcək planlar ətrafında tərəflər arasında geniş müzakirələr aparılmışdır.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı