ABA nəzdində fəaliyyət göstərən “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir

24 fevral 2023-cü il tarixində “Sensum by Amapola” şirkətinin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilmişdir. 

Görüş çərçivəsində “Sensum by Amapola” şirkəti tərəfindən göstərilən xidmətlər; bütün növ korporativ və özəl tədbirlərin, o cümlədən şəhər və dövlət miqyaslı geniş tədbirlərin peşəkarlıqla təşkil edilməsi mümkünlüyü ilə bağlı iştirakçılara məlumatlar verilmiş, eyni zamanda banklar ilə gələcək əməkdaşlıq məsələləri şirkət nümayəndələri tərəfindən təklif edilərək müzakirə edilmişdir.

Həmçinin şirkətin iclas zalında “Marketinq və PR üzrə Ekspert Qrupu”nun növbəti görüşü keçirilmiş və Ekspert Qrupu tərəfindən 2023-cü ildə görüləcək işlər, digər cari məsələlər müzakirə edilmişdir. Eyni zamanda iclasda ABA nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun da nümayəndələri iştirak edərək, qrup üzvləri ilə  “Rəqəmsal ödənişlər sahəsində 2023-cü il üçün maliyyə savadlılığı üzrə Fəaliyyət Planı”nın layihəsi ətrafında müzakirələr aparılmışdır. 

Tədbir zamanı “Sensum by Amapola” şirkəti tərəfindən iştirakçılara özlərinin istehsalı olan qəhvə təklif edilmiş və hər bir iştirakçıya hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin əhaliyə birgə müraciəti

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı