ABA-nın Ekspert Qrupunun rəhbəri Tamerlan Rüstəmov “Naxçıvan” Universitetində rəqəmsal ödənişlərə həsr olunan tədbirdə məruzəçi qismində çıxış etmişdir

“2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a, həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankının “2021-2023-cü illər üçün Rəqəmsal Ödəniş Strategiyası”na uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı ilə 27 may tarixində “Naxçıvan” Universitetinin müəllim və tələbə kollektivi üçün maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Banklar Assosasiyasının ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə ekspert qrupunun rəhbəri, “Bank of Baku” ASC-nin ödəniş sistemləri departamentinin direktor müavini Tamerlan Rüstəmov “Ödəniş kartları və onlarla əməliyyatlar” mövzularında məruzə ilə çıxış etmişdir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı