Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Ən fəal ekspert qrupu” seçilib - BBN

ABA-nın “Ən fəal ekspert qrupu” seçilib

11 aprel 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) fəaliyyətinin 35-ci və onun törəmə qurumu olan Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin fəaliyyətinin 25-ci ildönümü münasibətilə tədbir keçirilib.

Təbir çərçivəsində ABA-nın nəzdində fəaliyyət göstərən 17 Ekspert Qrupları arasında 2024-cü il üzrə “Ən fəal ekspert qrupu” nominasiyası üzrə qiymətləndirilməsi keçirilmışdir.

“Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu “Ən fəal ekspert qrupu” nominasiyası üzrə I yerə layiq görülmüşdür.

2024-cü il üçün “Ən fəal ekspert qrupu” nominasiyası üzrə Ekspert Qruplarının qiymətləndirilməsi:

  1. “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə” Ekspert Qrupu – I yer
  2. “ESİ və Dayanıqlı bankçılıq üzrə” Ekspert Qrupu – II yer
  3. “Hüquqi məsələlər üzrə” Ekspert Qrupu – III yer

Həmçinin “Fəal ekspert qrupu” nominasiyasına “Kredit işi üzrə”, “İnsan resurslarının idarə edilməsi üzrə”, “Komplayns üzrə”, “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə”, “Risklərin idarə edilməsi üzrə” Ekspert Qrupları layiq görülmüşdür.

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı