Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Birinci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2085 müraciət daxil olub - BBN

Birinci rübdə Energetika Nazirliyi və tabeli qurumlara 2085 müraciət daxil olub

2025-ci ilin birinci rübü ərzində Energetika Nazirliyi və tabeli qurumlara ümumilikdə 2085 vətəndaş müraciəti daxil olub.

Müraciətlərdən 377-si məlumat (müraciətin geri götürülməsi və təşəkkür) 1708-i isə icra xarakterli olub. Bunlardan 1440-ı müvafiq qaydada icra edilib, 268 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, enerji verilişində fasilələr, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, qazlaşma, borc və cərimələr, sayğacların quraşdırılması, bərpa olunan enerji, qəbula yazılmaq, məşğulluq məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 83 vətəndaş qəbul edilib və qəbullar zamanı səsləndirilən müraciətlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Related posts

Avropa təbii qaz qiymətləri: “Bazar şoku” və qeyri-müəyyənlik

Neft qiymətləri ABŞ-İran gərginliyini və Hörmüz risklərini qiymətləndirən bazarlar fonunda ucuzlaşır

AMB: İlin sonunadək neft gəlirləri əlavə 5,5 milyard dollar artacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı