ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu” Malayziya bankları ilə görüşlər keçirmişdir – Foto

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə 19-21 noyabr 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların hüquqi məsələlər üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin Kuala Lumpura səfəri baş tutmuşdur.

Səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:

  1. Bank Islam Malaysia;
  2. MayBank;
  3. CIMB Group;
  4. RHB Islamic Bank;
  5. IBFIM.

Səfər çərçivəsində iştirakçılar aşağıdakı mövzularla tanış olmuşlardır:

  • Rəqəmsal transformasiyanın hüquqi tətbiqi;
  • Hüquqşünaslar üçün innovativ həllər;
  • Hüquq və süni intellekt idarəçiliyinin kəsişməsi;
  • Hüquq və komplayns strukturlarının formalaşması və vəzifələri;
  • Banklarda korporativ idarəetmənin əsasları və tənzimləyici tələblər; hüquq departamentinin fəaliyyəti;
  • Korporativ hüquq və korporativ idarəetmədə hüquqi uyğunluğun rolu;
  • Prosessual hüquq və hüquqşünaslar üçün biznes strategiyası;
  • Bankların qanunvericilik prosesində rolu və maraqların toqquşmasını qiymətləndirmə metodları;
  • Məhkəmə qərarlarının icra mexanizmləri və İslam bankçılığı və ya ümumi məhkəmə və icra təcrübələri;
  • Bankçılıq, onlayn bankçılıq və borc yığım prosedurlarına ümumi baxış;
  • İslam bankçılığı üzrə kreditlərin bərpası, rəqəmsallaşma və müqavilə idarəçiliyi;
  • Əməliyyatların monitorinqi məlumatlarının təqdim edilməsi qaydaları;
  • İqtisadi subyektlər üçün məsafədən hesabların açılması prosesini tənzimləyən normativ sənədlər və hesab açılarkən benefisiar sahiblər barədə məlumatların tənzimlənməsi.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə  Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Related posts

Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə assosiasiyaları ilə görüş keçirmişdir

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu ASC–nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

III Aqrar Startaplar və İnnovasiya Forumu keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı