9 fevral 2026-cı il tarixində Azərbaycan Banklar Assosiasiyası-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası “Zoom” platforması üzərindən keçirilmişdir.
İclasda AR Vergilər Məcəlləsi və Əmək Məcəlləsinə edilmiş dəyişikliklər və digər cari məsələlər müzakirə edilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat Assosiasiyanın üzvüdür.