ABA-nın “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

1 aprel 2022-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun bankların rəhbər şəxslərindən ibarət olan üzvləri, həmçinin “Ödəniş sistemləri və rəqamsal bankçılıq” Ekspert Qrupunun üzvləri də iştirak edib.

İclasda hər iki Qrupun ekspertlərinin iştirakı ilə korporativ kartlarla əlaqədar məsələlər müzakirə edilib, bəzi qanunvericilik aktlarına dəyişiklər ilə bağlı təkliflərin hazırlanaraq ABA-ya təqdim edilməsi qərara alınmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı