ABA-nın icraçı direktoru Yunus Abdulov “Azərbaycan üçün daha güclü kiber ekosistem” adlı konfransda çıxış etmişdir

29-30 noyabr 2021-ci il tarixlərində Prosol Şirkəti tərəfindən “Azərbaycan üçün daha güclü kiber ekosistem” (More Powerful Cyber Ecosystem for Azerbaijan) mövzusunda Beynəlxalq Kiber Təhlükəsizlik Gününə həsr olunmuş konfrans keçirilmişdir.

Sözügedən tədbirdə Azərbaycan Banklar Assosiasiyasının İcraçı direktoru Yunus Abdulov açılış nitqi ilə çıxış etmişdir. Çıxışı zamanı o, dünyada rəqəmsal təhlükəsizliyin əvvəlkindən daha əhəmiyyətli olduğunu, kibertəhlükəsizlik xərclərinin də artdığını eləcə də, son illərdə kiber təhlükəsizlik şirkətlərinə edilən investisiyaların həcmində əvvəlki illərə nisbətən artım müşahidə olunduğunu diqqətə çatdırmışdır.

Kibertəhlükəsizlik mövzusunun daim diqqətdə saxlandığını qeyd edən Yunus Abdulov ABA ekspertlərinin iştirakı ilə “Rəqəmsal ödənişlər sahəsində dələduzluq halları ilə mübarizə məqsədilə Tədbirlər Planı hazırlandığını bildirmişdir.

O, bank sektorunun rəqəmsallaşmanın mərkəzində dayanan, o cümlədən rəqəmsallaşmadan ən çox təsirlənən sahə olduğunu vurğulamış və Mərkəzi Bank tərəfindən ABA-nın müvafiq ekspertlərinin də iştirakı ilə hazırlanmış “Banklarda informasiya təhlükəsizliyinin idarə edilməsi Qaydası” barədə məlumat vermişdir.

ABA ekspertlərinin kibertəhlükəsizliklə əlaqədar beynəlxalq təcrübəni izlədiyini və mütəmadi müzakirələr apardığını o cümlədən, bank əməkdaşlarının kibertəhlükəsizlik mövzusunda bilik və bacarıqlarının artırılması, xarici təcrübənin öyrənilməsi məqsədilə xarici ekspertlər cəlb edilərək silsilə seminarların keçirildiyini qeyd etmişdir.

Related posts

Energetika naziri Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüşüb

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı