Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"ABA-nın icraçı direktoru Yunus Abdulov və Qazaxıstan Maliyyəçilər Assosiasiyasının sədri arasında görüş keçirilmişdir" - BBN

“ABA-nın icraçı direktoru Yunus Abdulov və Qazaxıstan Maliyyəçilər Assosiasiyasının sədri arasında görüş keçirilmişdir”

26 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Qazaxıstan Maliyyəçilər Assosiasiyasının (QMA) sədri Elena Baxmutova ilə işguzar görüşü baş tutmuşdur.

Görüş zamanı hər iki qurumun fəaliyyəti istiqamətləri ətrafinda müzakirələrə toxunulmuş, gələcək ikitərəfli əməkdaşlıq və QMA-nın “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”-na üzv olması müzakirə edilmişdir.

Bundan əlavə görüşdə, 24-25 yun tarixlərində Bakıda baş tutacaq “FİNTEX SAMMİT 2025” Forumu çərçivəsində ABA və QMA arasında Anlaşma Memorandumunun imzalanması qərara alınmışdır.

Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Beynəlxalq Bank Şurasını buna misal gətirmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

Related posts

“Şəhər dəyər zənciri fəaliyyətdə: Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata keçirilməsi”

UNITAR “ASAN xidmət”lə əməkdaşlığı genişləndirir

“ASAN xidmət” təcrübəsinin Tacikistanla paylaşılmasına dair müzakirələr aparılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı