Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın icraçı direktoru Yunus Abdulov və Qazaxstan Maliyyəçilər Assosiasiyasının sədri arasında görüş keçirilmişdir - BBN

ABA-nın icraçı direktoru Yunus Abdulov və Qazaxstan Maliyyəçilər Assosiasiyasının sədri arasında görüş keçirilmişdir

26 may 2025-ci il tarixlərində Azərbaycan Banklar Assosiasiyasının (ABA) icraçı direktoru Yunus Abdulov Qazaxstan Maliyyəçilər Assosiasiyasının (QMA) sədri Elena Baxmutova ilə işguzar görüşü baş tutmuşdur.

Görüş zamanı hər iki qurumun fəaliyyəti istiqamətləri ətrafinda müzakirələrə toxunulmuş, gələcək ikitərəfli əməkdaşlıq və QMA-nın “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası”-na üzv olması müzakirə edilmişdir.

Bundan əlavə görüşdə, 24-25 yun tarixlərində Bakıda baş tutacaq “FİNTEX SAMMİT 2025” Forumu çərçivəsində ABAQMA arasında Anlaşma Memorandumunun imzalanması qərara alınmışdır.

Bildirək ki, ABA çoxsaylı xarici bank assosiasiyaları ilə ikitərəfli əməkdaşlıq əlaqələri qurmuş, eləcə də beynəlxalq və regional bank birlikləri ilə yaxından əməkdaşlıq edir. Beynəlxalq Bank Şurasını buna misal gətirmək olar. Eyni zamanda, 2022-ci ildə isə ABA-nın və Türkiyə Banklar Birliyinin təşəbbüsü ilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılmışdır.

Related posts

Pulunuzu artırmaq üçün fürsət: Əmanətiniz illik 12 % gəlir gətirsin!

Təhsilin İnkişafı Fondu auditor seçib

“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif üzrə yerləşdirilməsində iştirak imkanları genişlənir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı