ABA-nın “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib

4 mart 2021-ci il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) nəzdində fəaliyyət göstərən “İnsan resurslarının idarəedilməsi üzrə” Ekspert Qrupunun növbəti onlayn iclası keçirilib. Görüşdə Ekspert Qrupunun sədri, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Baş direktoru Aynur xanım Süleymanlı və bankların rəhbər şəxslərindən ibarət olan Qrupun üzvləri iştirak edib.

İlk növbədə A.Süleymanlı 2020-ci ilin nəticələrinə görə Ekspert Qrupunun ABA tərəfindən “Fəal Ekspert Qrupu” adına layiq görülməsi münasibəti ilə ekspertləri təbrik etmiş, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

İclasda Koronavirus infeksiyasının (Covid 19) yaratdığı pandemiya şəraiti bitdikdən sonra da distant iş rejiminin tətbiqi imkanları, bank əməkdaşları üçün müxtəlif mövzularda vebinarların keçirilməsi və digər zəruri cari məsələlər müzakirə edilmiş, fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı