ABA-nın “Komplayens Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilib

17 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı (ARMB) tərəfindən kredit götürən şəxslərin sığortalanması ilə bağlı qəbul edilmiş qaydalar ilə əlaqədar Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens Ekspert Qrupu” üzvləri və “Kredit işi Ekspert Qrupu”nun daxilində fəaliyyət göstərən “Pərakəndə Bankçılıq İşçi Qrupu” arasında onlayn görüş keçirilib.

Görüşdə banklar və sığorta şirkətlərinin iştirakı ilə müvafiq inteqrasiyaların həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.

Xatırladaq ki, istehlak kreditləri üzrə borcluların həyat risklərinin sığorta mexanizmləri ilə müdafiəsinin gücləndirilməsi məqsədilə ilk dəfə olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının təşəbbüsü ilə cari ilin əvvəlində Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) birgə fəaliyyəti təşkil olunub.

Bu fəaliyyətin yekunu olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

“142” Çağrı mərkəzində daha bir istiqamət üzrə məlumatlandırma xidməti avtomatlaşdırılıb

İİTKM İnnovasiya şöbəsinə vakansiya elan edir

Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib – Foto

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı