Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupunun sədri Dünya Bankının Azərbaycan ofisində görüş keçirib - BBN

ABA-nın Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupunun sədri Dünya Bankının Azərbaycan ofisində görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının Maliyyə və Mühasibatlıq üzrə Ekspert Qrupunun sədri Əli Dadaşzadə Dünya Bankının Azərbaycan ofisində keçirilən görüşdə iştirak edib.

Görüşdə bank sektorunda maliyyə və mühasibatlıq sahəsi üzrə aktual gündəlik məsələlər, mövcud çağırışlar, beynəlxalq təcrübə və perspektiv əməkdaşlıq imkanları ətrafında müzakirələr aparılıb. Müzakirələr çərçivəsində maliyyə hesabatlılığı, mühasibat uçotunun inkişaf istiqamətləri, beynəlxalq standartların tətbiqi, habelə sektorda vahid yanaşmaların təşviqi ilə bağlı fikir mübadiləsi həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 2 qeyri-bank kredit təşkilatı, 3 digər təşkilat olmaqla, ümumilikdə 27 təşkilat ABA-nın üzvüdür.

Related posts

Azərbaycanda “e-KYC” platformasının tətbiqinə başlanılıb

Azərbaycanda “Apple Pay” və “Google Pay” ödənişləri 2025-ci ildə kəskin artıb

Azərbaycanda 2025-ci ildə bank köçürmələrinin əksəriyyəti rəqəmsal kanallarla həyata keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı