Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib - BBN

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Pekində Çin Banklar Assosiasiyası ilə strateji tərəfdaşlıq məsələlərini müzakirə edib

Tədbir çərçivəsində tərəflər bank assosiasiyalarının fəaliyyəti, mövcud prioritetlər və gələcək əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparıblar. Görüş zamanı hər iki ölkənin maliyyə sektorundakı mövcud vəziyyət və inkişaf meyilləri barədə təqdimatlar keçirilib. Bu müzakirələr kontekstində Azərbaycan maliyyə sisteminin Dünya Bankının 2025-ci il üzrə hesabatına əsasən “maliyyə xidmətləri” kateqoriyasında dünya üzrə birinci yerdə qərarlaşdığı xüsusi qeyd olunub və bu yüksək nəticənin əldə edilməsində ölkədəki tənzimləyici çərçivənin rolu vurğulanıb.

Görüşün gedişatında CBA-nın baş katibi Xu Jieqin və baş katibinin müavini Yin Youxiang Çin bank sektorunun makroiqtisadi vəziyyəti, maliyyə sabitliyi və qurumun strateji hədəfləri barədə məlumat veriblər. Öz növbəsində ABA prezidenti Zakir Nuriyev Assosiasiyanın missiyası, bank sektorunda həyata keçirilən əsas təşəbbüslər və Azərbaycan–Çin əməkdaşlığının genişləndirilməsi perspektivlərini diqqətə çatdırıb. Həmçinin icraçı direktor Yunus Abdulov ABA-nın təşkilati strukturu və beynəlxalq əməkdaşlıq istiqamətləri, baş iqtisadçı Əzizağa Haxverdiyev isə Azərbaycan iqtisadiyyatındakı makroiqtisadi vəziyyət və bank sektorunun dinamikası haqqında məruzə ediblər. Çin tərəfindən Li Jian isə rəqəmsal maliyyə sahəsində tətbiq olunan innovativ həllər və yeniliklər barədə təqdimatla çıxış edib.

Qarşılıqlı müzakirələrlə davam edən görüşdə tərəflər bank sektorunda təcrübə mübadiləsi və potensial birgə layihələrin reallaşdırılması imkanlarını dəyərləndiriblər. Görüşün sonunda ABA və CBA arasında gələcəkdə əməkdaşlıq memorandumunun imzalanması istiqamətində ilkin razılıq əldə edilib.

Related posts

Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək

RABİTƏBANKDAN SAHİBKARLAR GÜNÜNÜN 10 İLLİYİNƏ ÖZƏL MİKROKREDİTLƏR ÜZRƏ “10% DAHA SƏRFƏLİ” KAMPANİYASI

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı