Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın prezidenti Zakir Nuriyev Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının vitse-prezidenti seçilib - BBN

ABA-nın prezidenti Zakir Nuriyev Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının vitse-prezidenti seçilib

4 noyabr 2022-ci il tarixində Türkdilli dövlətlərlə mövcud münasibətlərin iqtisadi baxımdan daha da dərinləşdirilməsi və bu əsasda maliyyə-bank sistemləri arasındakı əlaqənin genişləndirilməsi məqsədilə “Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurası” (Şura) yaradılıb.

İmzalanma mərasimindən sonra Şuranın ilk iclası keçirilib. İclas zamanı, Şuranın əsas prinsipləri, iş dili, prezidentin və vitse-prezidentin seçilməsi, icra ofisinin təşkili, icraçı katibin təyini və digər məsələlər müzakirə olunmuşdur. Həmçinin, iclasda Şuranın prezidenti olaraq Türkiyə Banklar Birliyi idarə heyətinin sədri, Ziraat Bankın baş icraçı direktoru və idarə heyətinin üzvü Alpaslan Çakar, vitse-prezidenti Azərbaycan Banklar Asossiasiyasının prezidenti Zakir Nuriyev seçilmiş, icraçı katibi olaraq isə Türkiyə Banklar Birliyinin baş katibi Ekrem Keskin təyin edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatları təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

Bu ilin I rübündə 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Cari ilin I rübündə sahibkarlara 16 “Startap” şəhadətnaməsi verilib

“Enterprise Azerbaijan” portalının “Startup School 4” layihəsinin Asiya qitəsi üzrə tərəfdaşları elan edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı