Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir - BBN

ABA-nın “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir

01 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir.

Onlayn iclas çərçivəsində “saxta lotereya” (fake) elanları, həmçinin SMS vasitəsi ilə göndərilən “saxta poçt” (fake) çatdırılması linkləri, fişinq resurları vasitəsi ilə vətəndaşların hesablarının ələ keçirilməsi və xarici ölkələrdə əldə edilmiş kartlardan vəsaitin oğurlanması halları ilə əlaqədar təcrübələr bölüşülmüşdür.

Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.

Related posts

RABİTƏBANKDAN NAĞD PUL KREDİTİ ÜZRƏ SƏRFƏLİ “BAHAR KAMPANİYASI”

KARTMANE TAKSİT KARTI İSTİFADƏÇİLƏRİ ÜÇÜN “NOVRUZ PAYI” KAMPANİYASI

Bank of Baku UiPath ilə proseslərin robotlaşdırılmasına başlayır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı