01 dekabr 2023-cü il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Rəqəmsal ödənişlər sahəsində fırıldaqçılıq əməliyyatlarına qarşı mübarizə üzrə Ekspert Qrupu”nun növbəti onlayn iclası keçirilmişdir.
Onlayn iclas çərçivəsində “saxta lotereya” (fake) elanları, həmçinin SMS vasitəsi ilə göndərilən “saxta poçt” (fake) çatdırılması linkləri, fişinq resurları vasitəsi ilə vətəndaşların hesablarının ələ keçirilməsi və xarici ölkələrdə əldə edilmiş kartlardan vəsaitin oğurlanması halları ilə əlaqədar təcrübələr bölüşülmüşdür.
Əlavə edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.