ABA-nın Rəyasət Heyətinin növbəti iclası keçirilib

01 iyul 2022-ci il tarixində ABB ASC-nin baş ofisində Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin növbəti iclası baş tutub.

İclas zamanı ABA-nın fəaliyyətinə dair cari məsələlər və həyata keçirilən layihələr müzakirə edilmişdir.

İclasda Azərbaycan Bank Tədris Mərkəzinin (Mərkəz) direktoru Cavanşir Abdullayevə maliyyə-bank sektorunun  kadr potensilının inkişafına verdiyi əvəzsiz töhfəsinə görə ABA-nın Rəyasət Heyəti tərəfindən “Təşəkkürnamə” təqdim edilmiş və Mərkəzin “Fəxri Direktoru” adı verilmişdir.

Həmçinin, iclas zamanı ABA-nın baş iqtisadçısı Əzizağa Haxverdiyev Mərkəzin Direktoru vəzifəsinin icraçısı təyin edilmişdir.

Bundan əlavə, iclasda “Paşa Bank” ASC-nin İdarə Heyəti sədri Cavid Quliyev ABA-nın Rəyasət Heyəti üzvlüyünə təsdiq edilmişdir.

Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı