ABA nümayəndə heyəti Koreya Mərkəzi Bankı ilə görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyətinin Koreyaya səfəri çərçivəsində Koreya Mərkəzi Bankı (Bank of Korea) ilə görüş keçirilib.

Görüş zamanı Koreya Mərkəzi Bankının Ödəniş və Hesablaşma Sistemləri Departamentinin Beynəlxalq Ödəniş Əməkdaşlığı Şöbəsinin rəhbəri Donghwee Kwon ölkənin monetar siyasəti, rəqəmsal ödəniş infrastrukturu, Mərkəzi Bank Rəqəmsal Valyutası (CBDC) ilə bağlı aparılan işlər və bank sektorunda tətbiq edilən müasir yanaşmalar barədə təqdimatla çıxış edib. Tərəflər CBDC ödəniş sistemlərinin inkişaf istiqamətləri, rəqəmsal maliyyə ekosistemi və bu sahədə təcrübə mübadiləsi imkanlarını müzakirə ediblər.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, eləcə də Azərbaycan Mərkəzi Bankı və ölkənin bir sıra aparıcı banklarını təmsil edən nümayəndələr iştirak ediblər.

Səfər çərçivəsində görüşlər davam edir və nümayəndə heyətinin qarşıdakı günlərdə Koreyanın digər aparıcı maliyyə qurumları ilə də müzakirələr aparması planlaşdırılır.

Related posts

Dünyanın aparıcı mərkəzi bank rəhbərləri Tramp ilə qarşıdurmada Fed sədri Cerom Pauelli dəstəkləyir

Dünya Bankı: 2026-cı ildə qlobal iqtisadi artım dayanıqlı qalacaq, lakin zəifləyən dinamika risk yaradır

Unibank-da Yeni Təyinatlar

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı