ABA nümayəndə heyətinin Koreyada son görüşü Toss Bank ilə olub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nümayəndə heyəti Koreyaya rəsmi səfəri çərçivəsində son görüşünü ölkənin aparıcı rəqəmsal banklarından biri olan Toss Bank ilə keçirib.

Toss Bank Cənubi Koreyanın tam rəqəmsal bankı olub, innovativ mobil bankçılıq və müştəri yönümlü maliyyə məhsulları ilə seçilir.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev, icraçı direktor Yunus Abdulov, eləcə də Azərbaycan Mərkəzi Bankını və aparıcı yerli bankları təmsil edən nümayəndələr iştirak ediblər. Koreya tərəfdən isə Toss Bank Strateji Direktoru Jinhyun Park təqdimatla çıxış edib.

Görüş zamanı tərəflər Koreyanın rəqəmsal bankçılıq modeli, təhlükəsizlik standartları, süni intellektin bank xidmətlərində tətbiqi və innovativ məhsullar barədə fikir mübadiləsi aparıblar.

Tərəflər həmçinin rəqəmsal bankçılıq sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Related posts

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik edilib

ABA eksperti Eltəkin Rəhimli 60 illik yubileyi münasibətilə təbrik edilib

BOKT “International” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı