Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA və DVX nümayəndələri arasında görüş keçirilmişdir - BBN

ABA və DVX nümayəndələri arasında görüş keçirilmişdir

5 iyul 2024-cü il tarixində Dövlət Vergi Xidmətinin (DVX) nümayəndələri ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında onlayn görüş keçirilib.

Görüş zamanı “Xüsusi ehtiyat fondlarının yaradılmasına aid edilən məbləğlərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması Qaydası”na dəyişiklik edilməsi ilə əlaqədar müzakirələr aparılmış, tərəfləri maraqlandıran suallara cavab verilmişdir.

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə dəstək göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 22 bank və 3 qeyri-bank kredit təşkilatı, 4 digər təşkilat olmaqla, ümumilikdə 29 təşkilat ABA-nın üzvüdür.

Related posts

RABİTƏBANKDAN SƏRFƏLİ NAĞD PUL KREDİTİ KAMPANİYASI BANK, SIĞORTA VƏ MOBİL OPERATOR ƏMƏKDAŞLARINA ÖZƏL

AccessBank “Həzi Aslanov” filialını yeni konseptdə müştərilərə təqdim etdi

Expressbank “Sahibkarlar Günü” münasibətilə sahibkarlarla görüş keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı