ABA və SİF arasında görüş keçirilmişdir

31 mart 2022-ci il tarixində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi ilə Azərbaycan Banklar Asssiasiyası (ABA) və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) arasında görüş keçirilmişdir.

Görüşdə ABA-nın prezidenti Zakir Nuriyev və Fondun İdarə Heyəti sədrinin müavini, İdarə Heyətinin sədri vəzifəsini icra edən Osman Xalıyev ilə yanaşı Fondun və bankların rəhbər şəxsləri iştirak etmişdir.

Görüş zamanı banklar tərəfindən verilən və ABA tərəfindən Fonda təqdim edilmiş rəy və təkliflərə münasibət bildirilmiş, sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində görülməsi vacib hesab edilən məsələlər müzakirə edilmişdir.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı