Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib - BBN

ABA və “Visa Inc.”in birgə təşkilatçılığı ilə komanda quruculuğu tədbiri təşkil edilib

Azərbaycan Banklar Assosiasiyası (ABA) və beynəlxalq ödəniş texnologiyaları şirkəti “Visa Inc.”in birgə təşkilatçılığı ilə 16-17 may 2026-cı il tarixllərində komanda quruculuğu tədbiri təşkil olunmuşdur.

Tədbirin əsas məqsədi bank sektoru nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, bankçılıq sahəsində aktual məsələlərin müzakirəsi, eləcə də komanda ruhunun inkişaf etdirilməsi olmuşdur.

Tədbir zamanı “Visa Inc.” tərəfindən Azərbaycan Banklar Assosiasiyası və Assosiasiyaya üzv bəzi banklar müxtəlif nominasiyalar üzrə mükafatlandırılmış, rəqəmsal ödənişlərin inkişafına, innovativ həllərin tətbiqinə və bank sektorunda əməkdaşlığın genişləndirilməsinə verdikləri töhfələr yüksək qiymətləndirilmişdir.

Qeyd edək ki, ABA mütəmadi olaraq üzv banklar, Ekspert Qrupları və tərəfdaş qurumlarla birgə forumlar, seminarlar, müsabiqələr və digər inkişafyönümlü tədbirlər təşkil edir. Bu kimi təşəbbüslər sektorda əməkdaşlığın gücləndirilməsi, peşəkar bilik və təcrübə mübadiləsinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Related posts

Bank və ticarət sektorları nağdsız ödənişlərin inkişafı üzrə əməkdaşlığı genişləndirir

Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 (IFBS 2026) uğurla başa çatdı

İlham Əliyev 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı