Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB biznes proseslərində SİMA İmza-nın geniş tətbiqinə başladı - BBN

ABB biznes proseslərində SİMA İmza-nın geniş tətbiqinə başladı

ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın genişmiqyaslı rəqəmsal xidmətlər üzrə tətbiqinə başlayıb.

Artıq fərdi sahibkarlar və hüquqi şəxslər ABB-nin “İnternet Bankçılıq” (cb.abb-bank.az) xidmətində yeni müştəri kimi “SİMA İmza” ilə qeydiyyatdan keçə bilərlər. Portala daxil olduqdan sonra aşağıdakı biznes proseslərini banka getmədən, tam rəqəmsal şəkildə həyata keçirmək mümkündür:

  • Bank hesablarının açılması;
  • Pul köçürmələri və konvertasiya əməliyyatları;
  • Hökumət ödənişləri;
  • ANİPay ödənişləri;
  • Kredit ərizələrinin imzalanması;
  • ATM və POS terminal əməliyyatları;
  • AKB və Asan Finance razılıq ərizələrinin təsdiqi;
  • Qeyri-bank xidmətlərindən istifadə

Qeyri-bank xidmətləri dedikdə vergi xidmətləri (bəyannamələrin verilməsi) və gömrük fəaliyyəti üzrə əməliyyatlar nəzərdə tutulur.

Fərdi sahibkarlar və hüquqi şəxslər “SİMA İmza”nı heç bir xidmət məntəqəsinə getmədən onlayn əldə edirlər. Bunun üçün “SİMA İmza” tətbiqini yükləmək və qeydiyyatdan keçmək kifayətdir. SİMA yeni nəsil rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı www.sima.az saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

AMB-nin departament rəhbəri: Bank sektorunda dayanıqlılığın artırılması prioritetdir – MÜSAHİBƏ

Azərbaycan Mərkəzi Bankı: Kredit reytinq agentlikləri kapital bazarlarının inkişafına təkan verəcək

Bakı Fond Birjasında “Yerli Kapital Bazarlarında Yeniliklər və Gələcək Əməkdaşlıq İmkanları” mövzusunda tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı