ABB-də mediatorlar üçün təlim keçirilib

Azərbaycan Banklar Assosisiasiyası, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Mediasiya Şurasının dəstəyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin təşəbbüsü və təşkilatçılığı ilə mediatorlar üçün təlim təşkil olunub.

Mövzu “Bankla müştəri arasında yaranan kommersiya mübahisələrinin əsasları” olub. Təlimdə 27 mediator iştirak edib. Təqdimatlarda müştərilərlə bağlanmış müqavilələrdən irəli gələn mübahisələrə diqqət yönəlib. Hesablaşmalar, kart əməliyyatları, İnternet Bankdan istifadə və s. xidmətlərlə bağlı yarana biləcək mübahisələrin spesifikliyi nəzərdən keçirilib. Müxtəlif məqamlara aydınlıq gətirilib. İştirakçıların sualları cavablandırılıb.

Tədbirin başlanğıcında Ədliyyə Akademiyasının rektoru v.i.e. Elçin Xələfov, Mediasiya Şurasının İdarə heyətinin üzvü Sima Yaqubova, “Azərbaycan Beynəlxalq Bankı” ASC İdarə heyətinin sədr müavini Vasif Əhmədov, Azərbaycan Banklar Assosiasiyasının İcraçı Direktoru Yunus Abdulov açılış nitqi ilə çıxış etmişdir.

ABB-nin İdarə Heyəti sədrinin müavini Vasif Əhmədov bildirib ki, Bank cəmiyyətdə maliyyə savadlılığının yüksəldilməsi istiqamətində tədbirləri davam etdirir: “Bu gün bank əməliyyatları həyatımızın bir hissəsinə çevrilib. Əməliyyatlar genişləndikcə, proseslər rəqəmsallaşdıqca müəyyən suallar da artır. Mediasiya prosesləri bu cür sualların cavablandırılması, mümkün mübahisələrin vaxtında və düzgün həlli baxımından çox önəmlidir. Ümid edirik ki, belə təlimlər faydalı olacaq”.  

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı