Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-dən fiziki şəxslər üçün yeni məhsul - ABB istiqrazları! - BBN

ABB-dən fiziki şəxslər üçün yeni məhsul – ABB istiqrazları!

İnvestorlara yeni qazanc fürsətləri yaradan ABB istiqrazlarına abunə yazılışının başlandığı elan edilib.

Fiziki şəxslər 17 mart 2026-cı il tarixinədək ABB istiqrazlarına abunə yazıla bilərlər. İstiqrazların əldə olunması prosesi kütləvi yerləşdirmə üsulu ilə həyata keçiriləcək.

Adlı, faizli, təmin edilməmiş, sənədsiz istiqrazların 1 ədədinin nominal dəyəri 100 manatdır. Qiymətli kağızın ümumi sayı 2 buraxılışın hər birində 50 min olmaqla 100 min olacaq.

ABB istiqrazları 1 və 2 il müddətinə buraxılır. Tədavül müddəti 1 il olan istiqrazlarda illik faiz dərəcəsi 10%, 2 il olanlarda 11%-dir. Faiz gəliri rüblük ödənilir və bu gəlirdən vergi tutulmur. İstiqrazların əldə edilməsində fiziki şəxslər üstünlük hüququna malikdirlər.

İstiqrazların təkrar bazarda satışı imkanları da yaradılacaq. ABB istiqrazlarına ABB mobile tətbiqi vasitəsilə abunə yazılmaq mümkündür.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür

Related posts

Bank of Baku-nun Gəncədə 2-ci filialı – “KOB Gəncə” fəaliyyətə başladı

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

ABB istiqrazlarına abunə yazılışı uğurla başa çatdı!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı