Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı! - BBN

ABB mobile tətbiqində ABŞ istiqrazlarına investisiya imkanı!

ABB ölkəmizdə ilk dəfə mühüm bir investisiya imkanını təqdim edib. İndi ABB mobile vasitəsilə ABŞ istiqrazlarına da investisiya etmək mümkündür. Hər bir ABB mobile istifadəçisi birbaşa ABŞ dövlət və korporativ istiqrazlarına investisiya edə bilər. ABŞ istiqrazları ABŞ dollarında sabit faiz gəliri təmin edən, səhmlərlə müqayisədə qiymət dəyişkənliyi nisbətən aşağı olan, qısa (1 ilədək), orta (3-5 ilədək) və uzunmüddətli (5 ildən çox) investisiya alətləridir.

Tətbiq üzərindən ABŞ istiqrazlarını ən kiçik həcmdə belə rahatlıqla əldə edə və ehtiyac olduqda sata bilərsiniz. ABŞ istiqrazlarına ABB mobile tətbiqi ilə investisiya etməyin digər üstünlükləri prosesin yüksək etibarlılığı, sadəliyi, tam rəqəmsal təcrübə ilə həyata keçirilməsidir. Müştərilər bununla risksiz (ABŞ dövlət istiqrazları) və az riskli (yüksək kredit reytinqli), təhlükəsiz və valyuta əsaslı gəlir əldə etmək imkanı qazanırlar.

ABB mobile tətbiqini buradan yükləyib onun çoxsaylı imkanlarından faydalanmaq, o cümlədən tətbiq üzərindən yerli və xarici kapital bazarlarına investisiya yatırmaq olar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Related posts

PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir

VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı