ABB-nin dəstəyi ilə keçirilən “Shusha Chess 2022” başa çatdı

Şuşada “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinin bağlanış mərasimi olub. Sentyabrın 21-dən start götürən turnir iki kateqoriyada – kişilər və qadınlar arasında keçirilib. Hər kateqoriya üzrə 10 şahmatçı rapid və blits üzrə mübarizə aparıb. Kişilər arasında 26 xalla Şəhriyar Məmmədyarov qalib olub. Qadınların yarışında isə gürcü şahmatçısı Meri Arabidze 24 xalla birinci yeri tutub.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, SOCAR-ın baş sponsorluğu ilə keçirilən turnirə ABB və “Azərxalça” da dəstək verib.

Bu, Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada təşkil edilmiş ilk beynəlxalq şahmat turniri idi. Turnir görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdu.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı