Azərbaycanın ən iri aktivlərə malik dövlət bankı olan ABBdə kadr dəyişikliyi baş verib. Bankın İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev Səbahəddin oğlu öz xahişi ilə vəzifədən ayrılıb.
Hazırda vəzifə vakantdır və bununla da ABB İdarə Heyətinin üzvlərinin sayı sədr daxil olmaqla altı nəfərə düşüb.
İlham Həbibullayev bank sektorunda 30 illik təcrübəyə malikdir. O, karyerasına 1995-ci ildə başlayıb. ABB-dəki vəzifəsinə 2020-ci ilin mart ayında təyin edilmişdi.
Bundan əvvəl o, 2010–2019-cu illərdə “Expressbank” ASC-də çalışıb:
– 2017–2019-cu illərdə icraçı direktor,
– 2010–2017-ci illərdə isə müavin vəzifələrində fəaliyyət göstərib.
2004–2010-cu illərdə “Unibank” ASC-də müxtəlif vəzifələrdə çalışaraq:
– 2004–2006-cı illərdə Layihələrin maliyyələşdirilməsi və sənədli əməliyyatlar bölməsinin rəhbəri,
– 2006–2010-cu illərdə Korporativ bankçılıq üzrə menecer olub.