Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu! - BBN

ABB-nin komandası dövlət qurumları və şirkətlər arasında birinci oldu!

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Yarışda ABB-nin komandası da iştirak edib. “ABB bizik” devizi ilə çıxış edən komanda ayrı-ayrı dövlət qurumlarından və şirkətlərdən 34 komandanın iştirak etdiyi yarışda birinci yerə çıxıb.

Mükafatlandırma tədbirində Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov da iştirak edib. ABB komandasına çempion kuboku, “Fəxri Fərman”, komanda üzvlərinə diplomlar və digər mükafatlar təqdim olunub.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Related posts

Kreditini AFB Bank-a daha sərfəli şərtlərə keçir!

Expressbank əməkdaşları üçün “Autizm aylığı” ilə əlaqədar maarifləndirici seminar keçirilib

“İnnovasiyalar Mərkəzi” 2025-ci il üzrə audit xidməti üçün kotirovka sorğusu elan edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı