Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB qalıq məbləğə faiz qazancı gətirən yeni məhsulunu təqdim etdi - BBN

ABB qalıq məbləğə faiz qazancı gətirən yeni məhsulunu təqdim etdi

Müştərilər üçün yeni faydalar yaradan ABB daha bir rəqəmsal məhsulunu təqdim edib. Bu, “DigiHesab Max” məhsuludur. “DigiHesab Max” tam rəqəmsəl təcrübə ilə yaradılır və müştəriyə qalıq məbləğdən faiz gəliri qazandırır.

Müştəri bu yeni məhsulun imkanlarından istifadə etmək üçün ABB mobile tətbiqinə daxil olur, “Hesablar” bölməsinə keçid edərək “DigiHesab Max” hesabı yaradır, həmin hesabda vəsait yerləşdirib qalığa faiz gəliri qazanmağa başlayır.

Qalığa faiz hesabdakı minimum 200 AZN-dən maksimum 500 000 AZN-dək olan vəsaitlərə hesablanır.

Bu, yalnız AZN valyutalı hesablara aiddir. “DigiHesab Max”-a istənilən bank kartından komissiyasız mədaxil də etmək mümkündür.

Müştərilər hər biri maksimum 500 000 AZN-dək olmaqla bir neçə “DigiHesab Max” hesabı aça bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Kino Agentliyi maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

Unibank Şirvanda yeni filialını açıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı