Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb - BBN

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ipoteka kreditləşməsinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün yeni limitlər ayırıb.

Vətəndaşlardan müraciətlərin qəbuluna adi ipoteka kreditləri üzrə 5 mart 2026-cı il tarixində saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə isə 6 mart 2026-cı il tarixində saat 11:00-dan etibarən başlanılacaq.

Müraciətlər Elektron hökumət portalı (www.e-gov.az) üzərindən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə qəbul ediləcək. Elektron imza vasitələri kimi SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal və Asan İmza istifadə olunacaq.

Bununla əlaqədar vətəndaşlara 4 mart 2026-cı il tarixinə qədər elektron kabinetlərini formalaşdırmaları tövsiyə edilir.

İpoteka kreditinin alınması üçün müraciət qaydalarına dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində (www.mcgf.gov.az) və “Elektron hökumət” portalı ilə yanaşı mygov platformasının müvafiq bölmələrində yerləşdirilib.

Maliyyə göstəricilərinə gəlincə, 2025-ci ildə İKZF-nin xətti ilə 443 milyon manat kredit verilib ki, bu da əvvəlki illə müqayisədə 0,7 % çoxdur. Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 2,8 % azalaraq 434,9 milyon manat təşkil edib.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 8,3 % artaraq 650 milyon manata çatıb. Eyni zamanda, Fonda dövlət büdcəsindən ayrılan vəsait 8,9 % azalaraq 79,9 milyon manat olub.

Related posts

ABİF əməkdaşlar və avtomobillər üçün sığorta üzrə tenderlər elan edib

BSTDB Azərbaycana ayırdığı vəsaiti 701,6 milyon avroya çatdırıb

Nazirlər Kabineti fərdi istilik sistemlərinə icazə verilən halları müəyyənləşdirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı