Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu! - BBN

ABB “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı oldu!

Ölkəmizdə idmanın inkişafına ardıcıl kömək göstərən ABB bu istiqamətdə daha bir addım atıb. Korporativ sosial məsuliyyət siyasəti çərçivəsində Bank “Qarabağ” Futbol Klubunun rəsmi tərəfdaşı olub. ABB Klubun fəaliyyətini dəstəkləyəcək, onun daha böyük uğurlar qazanmasına töhfə verəcək.

Tərəfdaşlıq razılaşması ölkəmizdə uşaq futbolunun inkişafına qarşılıqlı köməyi, o cümlədən uşaqlar üçün futbol məktəbinin yaradılması kimi birgə layihələri də əhatə edir. Klubla tərəfdaşlıq ABB brendinin, Bankın məhsul və xidmətlərinin daha da tanınmasına müsbət təsir göstərəcək.

“Qarabağ” Futbol Klubu ötən əsrin 50-ci illərindən fəaliyyətdədir. Bu illər ərzində Klub Azərbaycana parlaq qələbələr qazandıraraq futbol tariximizdə bir çox ilklərə imza atıb.

Qeyd edək ki, ABB “Qarabağ” Futbol Klubundan başqa, Azərbaycan Boks Federasiyasının, Azərbaycan Voleybol Federasiyasının, Azərbaycan Basketbol Federasiyasının da rəsmi tərəfdaşıdır.

ABB-nin öz korporativ sosial məsuliyyət siyasətində idmana xüsusi yer verməsində əsas məqsəd ölkəmizdə idmanın populyarlaşması və kütləviləşməsidir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

Related posts

Rabitəbankdan 33 illik yubileyinə özəl Nağd pul krediti kampaniyası

AccessBank Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər sahilində təmizlik aksiyası keçirdi

Rauf Atakişiyev “Kapital Bank”ın İdarə Heyətinə yeni üzv seçilir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı