Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB Sumqayıtda daha bir filial açdı! - BBN

ABB Sumqayıtda daha bir filial açdı!

ABB maliyyə xidmətləri şəbəkəsini genişləndirmək üçün Sumqayıtda ikinci filialını açıb. Yeni filial Sumqayıt şəhəri, 13-cü mikrorayon, Üzeyir Hacıbəyov küçəsindəki ofisində müştərilərə xidmət göstərir. ABB-nin Sumqayıt şəhərindəki ilk filialı isə Səməd Vurğun küçəsi – 112/14 ünvanında müştərilərin xidmətindədir.

Qeyd edək ki, Sumqayıtda 400 mindən çox sakin yaşayır. Burada bir çox böyük sənaye müəssisələri yerləşir. Sənaye əhəmiyyətinə və əhali sayına görə Sumqayıt ölkəmizin ən böyük şəhərlərindəndir. Bu, baxımdan şəhərdə ABB-nin daha bir filialının açılması bizneslərin və fərdi şəxslərin maliyyə xidmətlərinə çıxış imkanlarını genişləndirəcək. Fərdi və korporativ müştərilər ABB-nin Sumqayıtda yerləşən hər iki filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək

RABİTƏBANKDAN SAHİBKARLAR GÜNÜNÜN 10 İLLİYİNƏ ÖZƏL MİKROKREDİTLƏR ÜZRƏ “10% DAHA SƏRFƏLİ” KAMPANİYASI

Bank Respublika “Sahibkarlara 10 fürsət” kampaniyasına start verib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı